Amerikalı pop ifaçı Mayli Sayrus koronavirus pandemiyası fonunda alkoqol problemi yaşamağa başlayıb.
"İki sahil" xəbər verir ki, bu barədə ulduz müğənninin özü rəsmi “YouTube” kanalında xəbər verib.
“Bir çox insan kimi pandemiya zamanı boşluğa düşdüm. Ayıq olduğum barədə heç vaxt yalan danışmaram. Mən büdrədim və indi ayıq həyat tərzinə qayıdıram. İki həftədir içki içmirəm”, - deyə ifaçı etiraf edib.
28 yaşlı Sayrus həyatındakı problemlərin alkoqol səbəbiylə deyil, daha çox sərxoş halda verdiyi qərarlar üzündən yarandığını deyib.
İfaçı həmçinin etiraf edib ki, bir çox məşhur sənətçinin təqribən 27 yaşında ölməsi onu səhhəti barədə düşünməyə məcbur edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?