Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan Puxov, Dağlıq Qarabağdakı münaqişə zamanı Rusiya istehsalı olan İsgəndər raketinin yaşayış məntəqəsini vurmasını izah edib.
Mütəxəssisin fikrincə, İsgəndər "böyük ölçüdə çəkindirici silah kimi alınıb". Bu raketlər hər zaman dairəvi əyilməyə malik olur: "Yəqin ki, Gəncə şəhərindəki hərbi aerodrom hədəf alınıb, amma raket yaşayış sahəsinə düşüb".
"İki sahil" Ted.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl mətbuata açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş Qərərgah rəisi Movses Akopyan 2-ci Qarabağ savaşında İsgəndər taktiki raket komplekslərindən istifadə etdiklərini bildirmişdi. Akopyan raketlərin hansı istiqamətdə atıldığını gizli saxlamışdı. Bu sensasion açıqlamadan sonra Akopyan Ermənistan polisi tərəfindən həbs edilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib