“Rusiya üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir, Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq bunlar bizim üçün boş sözlər deyil”.
“İki sahil” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı keçirilən iclasda deyib.
V.Putin Rusiyanın Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib. “Bunun bizim üçün daxili siyasi ölçüsü də var və daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından böyük maraq doğurur”, - o bildirib.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib