Dağlıq Qarabağ müharibəsinin 5-ci günündə artıq 1 500 fərari var idi.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Movses Akopyan deyib.
O bildirib ki, həmin fərarilər Ermənistana qayıdıb təşviş salmaması üçün Qarabağda təcrid olunmuşdu.
O əlavə edib ki, müharibə dövründə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatlar 100 faiz yalan idi:
“Müharibə dövründə belə bir qayda var: düşməni yanıltmaq üçün verilən məlumatın 30 faizi yalan olmalıdır, amma bizdə məlumatların 100 faizi yalan idi”.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib