Beynəlxalq Türk Akademiyası prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin adları həkk olunmuş Şəhidlik kitabəsinin üzərinə qərənfillər düzüblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, Azərbaycanın yanında olduqlarını göstərmək üçün Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Çünki Şuşa, Qarabağ tək Azərbaycanın deyil bütövlükdə türk dünyasının ürəyidir.
Azərbaycanın bu savaşda tarixi bir qələbə əldə etdiyini deyən Beynəlxalq Türk Akademiyasının prezidenti xalqımızı təbrik edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?