Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı- “Qızıl Xaç” ordeni ilə təltif olunub.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.
Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?