İlk növbədə, hərbi əməliyyatların uğurla başa çatması, Azərbaycanın ana torpaqlarının azad olunması münasibətilə TÜRKPA katibliyi adından Prezident İlham Əliyev başda olmaqla qardaş Azərbaycan xalqını təbrik edirəm.
"İki sahil" xəbər verir ki, bu sözləri TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Qələbə münasibətilə Bakıda olan türk təşkilatları və həmkarım Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Fəxri xiyabanı, sonra isə Şəhidlər xiyabanını ziyarət etdik və bununla Azərbaycan xalqına öz sayğımızı göstərmək istədik. Bu uğur tək Azərbaycan xalqının uğuru deyil, eyni zamanda, bütün türk dövlətlərinin uğurudur. Azərbaycanda Qələbə münasibətilə hamı böyük sevinc hissi yaşayır və biz də onlara qoşuluruq”, - deyə Altınbek Mamayusupov bildirib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?