Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.
"İki sahil" xəbər verir ki, videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbiçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.
Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.
Qeyd edək ki, 28 ildən sonra – ötən gün Şuşada ilk dəfə azan oxunub.
Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi ki, 28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.”
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib