Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi Şuşanın 28 il sürən erməni işğalından azad olunduğunu elan edib.
"İki sahil" baku.tv-yə istinadən xəbər verir ki, noyabrın 9-da isə Müdafiə Nazirliyi Şuşanın azad olunduqdan sonra çəkilmiş ilk görüntülərini yayımlayıb.
Həmin kadrlar uzun illər doğma yurd yerimizə həsrət qalan xalqımızı yaralarına sanki məlhəm olub.
Bu gün isə zəfər xəbərləri fonunda Şuşadan yeni görüntülər paylaşılıb.
Bu görüntülərdə şəhərin Qazançı kilsəsi diqqət çəkir.
Qeyd edək ki, bu kilsədə məğlubiyyət ərəfəsində qondarma işğalçı rejimin rəhbəri Araik Arutyunyan dua etmiş, bunu əks etdirən görüntülər geniş müzakirələrə səbəb olmuşdu.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib