Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciətində səsləndirdiyi Şanlı Qələbə xəbərini ölkəmizin bütün vətəndaşları kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər də böyük coşqu ilə qarşılayıblar.
"İki sahil" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, dövlətimizin başçısının qələbə münasibətilə xalqa müraciətindən sonra laçınlılar əllərində bayraq Taxtakörpü qəsəbəsindəki Heydər Əliyev adına meydana axışıblar. Ümummilli lider Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə abidə kompleksini ziyarət edən məcburi köçkünlər Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndiriblər. Onlar biri-birini Böyük Qələbə münasibətilə təbrik edərək sevinclərini bölüşüblər.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib