Etirazçılar Ermənistanın hökumət binasına daxil olublar və iclas zalını darmadağın ediblər.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə yerində videokadrlar "telegram"da yayılıb.
Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibəyə son qoymaq üçün bəyanat imzalamaq qərarından narazı olan ermənilər otaqdakı əşyaları dağıdıblar. Qeyd edilir ki, onlar baş naziri axtarırdılar və onu ölkəyə xəyanət etməkdə günahlandırırlar.
"Mən oğlanların necə öldüyünü gördüm və sən harasa qaçacağını düşünürsən, xain?" - hökumət binasındakı ermənilər bildirir.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib