Ermənistan silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, noyabrın 10-da düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 00.00 radələrində Tərtər şəhərinin ərazisinə mərmi düşməsi nəticəsində 1965-ci il təvəllüdlü Məmmədov Sabir Məhər oğlu xəsarət alıb.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib