Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.
"İki sahil" "Report"-a istinadən xəbər verir ki, o, rəsmi feysbuk səhifəsində Azərbaycan Ordusunun artıq Xankəndi şəhərinin ətrafında olduğunu yazıb.
"Təəssüf ki, uğursuzluqlar zənciri bizi hələ də təqib edir və Şuşa şəhəri bizim nəzarətimizdə deyil. Qarşı tərəf Xankəndinin ətrafındadır və artıq onun mövcudluğu təhlükə altındadır", - Poqosyan qeyd edib.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib