İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti Füzuli rayonunun işğaldan azad edilmiş Alxanlı kəndində dağılmış məscidin görüntülərini yayımlayıb.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, o, bu barədə öz "Facebook" səhifəsində paylaşım edib.
Fotoqraf həmin məscidin inək tövləsi kimi istifadə olunduğunu deyib:
"Burada gördüyüm mənzərə əvvəlki yerlərdən heç də fərqlənmirdi. Belə görünür ki, erməni qoşunlarının məscidləri tövləyə çevrimək kimi adəti var. Bu, ermənilərin işğal olunmuş ərazilərdə müsəlman ibadət yerlərinə münasibətini göstərir. Şuşanın azad olunması xəbərindən sonra Bakıda pravoslav kilsəsinin zəngləri çalındı. Bu da dünyəvi Azərbaycanda dinlərin sülh və qarşılıqlı anlaşma içərisində yaşadığını göstərir".
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib