Noyabrın 8-i Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara və Səhlabad kəndlərini artilleriya atəşinə tutub.
"İki sahil" xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən yenə də dinc sakinləri hədəfə alıb.
Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri şəhərin mərkəzində yerləşən geyim mağazasının yaxınlığına düşüb. Nəticədə mağazaya külli miqdarda ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Qeyd edək ki, ermənilər noyabrın 8-i səhər saatlarından başlayaraq Tərtər rayon ərazisinə ümumilikdə 133 top mərmisi atıb. Nəticədə 4 ev tamamilə dağılıb, 32 evə və bir neçə mağazaya ziyan dəyib. Bu gün isə düşmən tərəfindən ümumilikdə 24 top mərmisi atılıb, ölən və yaralanan olmayıb.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib