Şuşa bizim qürur yerimiz və mədəniyyət paytaxtımız, böyük dahi sənətkarların yetişdiyi bir bölgədir. Mən də öz səsimi məhz o torpaqda qazanmışam.
"İki sahil" xəbər verir ki, Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov bu sözləri Bayraq Günündə Fəxri xiyabanı ziyarət edən zaman AZƏRTAC-a müsahibəsində deyib.
“Qələbə günündə Ali Baş Komandanın və Azərbaycanın Müzəffər Ordusunun xalqa yaşatdığı bu sevinc məndə böyük ruh yüksəkliyi yaşadıb. İndi Üzeyirin, Rəşidin, Xan Şuşinskinin ruhu şaddır. Biz mütləq o torpağa qayıdacağıq, o güllələnmiş heykəlləri öz yerinə qoyacağıq, orada musiqi festivalları keçirəcəyik. Mən də orada Qarabağ şikəstəsini oxuyacağam”, - deyə M.İbrahimov əlavə edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?