İkinci Vətən müharibəsi dövründə vətənpərvərlik mövzusunda hazırlanmış və Qarabağdan bəhs edən videolayihələrə biri də əlavə olunub.
AZƏRTAC xəbər verir ki, “Qarabağ həqiqətləri - 1992-2020” adlı videolayihənin rəhbəri və ideya müəllifi Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev, koordinatoru isə 525.az saytının redaktoru, jurnalist Afaq Rzadır.
Layihənin əsas məqsədi illərdir düşmən tapdağında olan dilbər guşələrimizin haqq səsinə, mövcud durumda terrora məruz qalan Azərbaycanın digər şəhərlərinə və ümumilikdə Qarabağ həqiqətlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir.
Qeyd edək ki, videolayihədə ölkəmizin tanınan simaları - media nümayəndələri, digər dövlət qurumları əməkdaşları, politoloqlar, xaricdə yaşayan vətəndaşlar, könüllülər, tanınmış psixoloqlar və s. iştirak ediblər.
Müəlliflər videonun ürəyi Qarabağla döyünən, vətənini sevən hər bir azərbaycanlı üçün eyni hisslər yaşadacağına inanır.
Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?