02 noyabr 2020 23:00
1539

Qeyrət Qarabağda

Təbrizli soydaşımız, şair-publisist Əkbər Əlyar Həmidi müzəffər Ordumuzun işğal olunmuş ərazilərimizi yağı tapdağından azad etməsini misralarına köçürüb. “İki shail” həmin şeiri təqdim edir:

QEYRƏT QARABAĞDA

Qeyrət atına toxtadı məhmiz Qarabağda,

Donquzların oldu tükü biz-biz Qarabağda.

Türk ordusu, Azər qoşunu seltək axışmış,

Çör-çöp sel önündə qalıb aciz Qarabağda.

Aslanlarımız itləri qovmuş evimizdən,

Yüksəldi zəfər bayrağı eşsiz Qarabağda.

Sağ- sol, qapı- qonşu hamı haqdan yapışarkən,

Yalqız deyilik indi daha biz Qarabağda.

Qorqut atamızdan bəri, can tapmada ruhlar,

Babək, Nəbi, Səttar ilə Çingiz Qarabağda.

Qan qardaşı, din qardaşı bilməz nədi sərhəd,

Bax, Ərdəbil, Urmu, Bakı, Təbriz Qarabağda.

Öz xalqıma, öz xaliqimə and içirəm mən,

Daşnak yağıdan qalmayacaq iz Qarabağda.

Haqsızlığın, Əlyar, başa çatmış qara ömrü,

Düşmən yenilib çökmədədir diz Qarabağda.