AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS “Təhsil və Sosial Elmlər Konqresi”ndə iştirak edib.
AMEA-nın Naxçıvan Bölməsinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, 12 ölkənin 200-dən çox elm və təhsil adamlarının qatıldığı tədbirdə Toğrul Xəlilov “Naxçıvanın Tunc dövrü mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallardan bəhs edilib. Qeyd olunub ki, Maxta, Ovçulartəpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır. Aşkar olunan arxeoloji materiallar, maddi və mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?