Arxeologiya və Etnoqrafiya İnstititunda bu il magistraturaya qəbul olmuş magistrantların tədris proqramına uyğun olaraq Mədəni antropologiya ixtisası üzrə seminar məşğələləri davam etməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli tərəfindən I kurs magistrantlara “Antropologiyanın əsasları” mövzusu üzrə seminar məşğələsi aparılmaqdadır. Məşğələdə professor Ə.Məmmədli magistrantları antropologiya elminin mahiyyəti, antropologiyanın tədqiqat obyekti və metodları, klassik və müasir antropologiyada cərəyanlar və d. antropologiya elminin əsaslarını təşkil edən baza bilikləri ilə tanış etməkdədir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantlarının elmi seminarları bu ilin sonuna qədər müxtəlif mövzular üzrə davam edəcəkdir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?