Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucuları cəbhəyə dəstək aksiyası keçiriblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana ordumuzun 27 sentyabrdan başlayan uğurlu əks-hücumu və torpaqlarımızın düşmən tapdağından azad etməsindən ruhlanaraq, internet üzərindən həyata keçirdiyi vətənpərvərlik mövzusunda tədbirləri xüsusilə genişləndirib. Bu müddət ərzində kitabxana oxucu və izləyicilərə müharibə mövzusunda yazılmış bir sıra əsərlərin virtual təqdimatı keçirilib, arxa cəbhədə bu yolla əsgərlərimizə dəstək olmağa çalışır.
Kitabxananın səsinə səs verən fəal oxucularımız – Binə qəsəbəsi 149 nömrəli tam orta məktəbin şagirdləri cəbhəyə dəstək olmaq məqsədilə əsgərlərə məktub yazaraq onların döyüş əzmini artırmağa çalışıblar.
Allah Azərbaycan əsgərini qorusun!
Qarabağ Azərbaycandır!
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?