Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
"İki sahil"-in məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur və bu, hərbçilərimizin həyatına təhlükə yarada bilər:
"Ona görə də yalnız rəsmi məlumatların yayılması məsləhətdir. Vətəndaşlardan xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar, hərbi sirr olan və təsdiqlənməmiş məlumatlar paylaşmasınlar. Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qələbə bizimlədir".
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib