İranın Azərbaycan və Ermənistanla sərhəddə yerləşən Şərqi Azərbaycan vilayətinin Məncivan bölgəsinə Pilotsuz Uçuş Aparatı (PUA) düşüb.
Publika.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, Xudafərin rayonunun bələdiyyə sədri Əli Əmiri Rad faktı təsdiqləyib.
Olayda tələfat və fəsad qeydə alınmayıb. PUA-nın hansı ölkəyə aid olduğuna dair araşdırmalar davam edir.
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib