Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan Azərbaycana dəstəyini ifadə edib.
"İki sahil" “Qafqazinfo”ya istinadən xəbər verir ki, pop ulduz 5 milyona yaxın izləyicisi olan instaqram səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı foto paylaşıb.
Tarkan bunları yazıb: “Dualarım qardaş ölkə Azərbaycanla. Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm. Qəlbim Azərbaycan xalqı ilə”.
Azərbaycanlı izləyicilər, tanınmış yerli şou-biznes ulduzları sənətçiyə dəstək üçün təşəkkür rəyi yazıblar.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?