Ermənistan Silahlı Qüvvələrinin Tərtərə hücumu nəticəsində 3 azərbaycanlı mülki şəxs həlak olub.
"İki sahil"-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Hikmət Hacıyev "Twitter"də bildirib.
O qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtərdəki qəbiristanlığa hücumu nəticəsində 3 mülki şəxs həlalk olub. 3 nəfər isə yaralanıb.
"Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərini qorumaq üçün suveren hüququnu özündə saxlayır".
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib