Ermənistanın bu gün məhv edilən hərbçilərinin sırasında düşmən ölkədə "qəhrəman" kimi tanınan "Zver" ləqəbli polkovnik Karen Çarukyan da var.
"İki sahil" Publika.az saytına istinadən xəbər verir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin məhv edilən əsgərləri ilə bağlı bu gün yaydığı siyahıda da təsdiqlənib.
Məhv edilənlərin siyahısında, həmçinin Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryanın da adı var.
Qeyd edək ki, Ermənistan bu gün ölən hərbçilərinin daha 17-nin adını açıqlayıb və beləliklə, məhv edilən əsgərlərinin sayının 542 olduğunu rəsmən təsdiqləyib.
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib