12 oktyabr 2020 14:53
750

97 yaşlı keçmiş döyüşçüdən orduya dəstək

97 yaşlı keçmiş döyüşçü Babakişi Fətullayev öz təqaüdündən 1000 manat orduya ianə edib. 

"İki sahil" Baku Tv-yə istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi döyüşçüsü olan Babakişi Fətullayev bu addımı hər kəsə örnək olmaq üçün atıb. 

O, ermənilərin dinc əhaliyə atəş açmasını pisləyib.

“Almanlar Belarusu, Ukraynanı tutanda, bir nəfər də olsun dinc əhaliyə dəyməmişdilər. Bunlar vəhşidirlər”.