Dağlıq Qarabağımızdan bu gün də zəfər xəbərləri aldıq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Dağlıq Qarabağa doğru zəfər yürüşü sayəsində bu gün Azərbaycanın tarixi ərazisi olan Hadrut qəsəbəsi və digər səkkiz kəndimiz Ermənistanın işğalından azad edilib.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Azersky” peykindən Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gün əldə olunmuş ən son peyk təsviri təqdim edilib.
Hazırda “Azersky” vasitəsilə istər ordumuzun azad etdiyi ərazilərdə, istərsə də müvəqqəti olaraq Ermənistanın işğalında qalan torpaqlarımızdan gündəlik təsvirlər çəkilir və müvafiq analizlər aparılır.
İnanırıq ki, tezliklə qələbə bizim olacaq. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib