07 oktyabr 2020 21:46
946

Rusiyada yaşayan məşhur repçidən Azərbaycana dəstək

Azərbaycan Ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks hücum əmliyyatları bütün cəbhə boyu uğurla davam edir.

"İki sahil" Ölkə.az-a istinadən xəbər verir ki, bu zaman ərzində bir çox məşhurlar Azərbaycan ordusuna və Qarabağda baş verən hadisələrə öz dəstəklərini bildiriblər.

Rusiyada yaşayan Azərbaycan əsilli Hah Khalib ləqəbli Bəxtiyar Məmmədov öz dəstəyini sosial media səhifəsindən elan edib. İfaçı "Bayatı Şiraz" mahnısını dinləyən zaman çəkilən videosunu "İnstagram" hesabından yayımlayaraq, bu sözləri qeyd edib:

"Vətən sağ olsun".