Dünyaca məşhur müğənni Rihanna dəfiləsində hədis səsləndiyi üçün müsəlmanlardan üzr istəyib.
"İki sahil" Ölkə.az-a istinadən bildirir ki, Rihanna keçən cümə günü öz markasını nümayiş etdirmək üçün dəfilə təşkil edib. Dəfilə zamanı səslənən Koukou Kloyenin İslami hədisə yer verdiyi Doom mahnısı müsəlmanların etirazına səbəb olub. Müğənni ''Twitter'' hesabında bu barədə paylaşım edərək müsəlmanlardan üzr istəyib.
''Dəfilə zamanı baş verən xətaya etirazlarını bildirdikləri üçün müsəlmanlara təşəkkür edirəm. Diqqətsiz xətam üçün sizdən üzr istəyirəm. Bir çox müsəlman bacı və qardaşlarımızı incitdiyimizi bilirəm və bu səbəbdən çox məyusam. Tanrıya və heç bir dinə qarşı hörmətsizlik etmirəm. Anlayışınız üçün hər birinizə öz təşəkkürümü bildirirəm'' -deyə, o qeyd edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?