Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndələrinin fantaziyaları tükənmir.
“İki sahil” Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, işğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar: “Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.
Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir”.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib