“Azərbaycan Ordusunda yüksək səviyyəli peşəkar hərbçilər kifayət qədərdir”.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov TASS-a müsahibəsində deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı əcnəbi, o cümlədən Türkiyədən olan hərbi məsləhətçilərin cəlb olunmasına ehtiyac yoxdur.
“Azərbaycan bir çox ölkə ilə, o cümlədən Türkiyə və Rusiya Federasiyası ilə əməkdaşlıq edir”, - deyə o əlavə edib.
Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib