Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda inamla döyüşən şanlı Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10.000 AZN vəsait köçürüb.
“İki sahil” xəbər verir ki, bundan əlavə AMADA əməkdaşları döyüşlərdə yaralanan hərbçilərə kömək məqsədi ilə öz təşəbbüsləri ilə vəsait toplayaraq tibbi ləvazimatlar alıb və Müdafiə Nazirliyinin Tibb Xidmətinə təhvil verib.
AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına baş sağlığı verir.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib