“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən Ordumuza dəstək olub.
QSC-dən "İki sahil"-ə bildirilib ki, “AzerGold”un əməkdaşları biraylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.
Bununla yanaşı, ötən həftə QSC tərəfindən Silahlı Qüvvələrə tələbata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. QSC bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.
“AzerGold” QSC Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əminliyini ifadə edir.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib