“Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.
“Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”, - H.Hacıyevin paylaşımında qeyd edilir.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib