04-05 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kaset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.
Bu barədə "Report"a Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Bildirilib ki, nəticədə Goranboy rayonu Qızılhacılı kənd sakini həlak olub.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı 144 ədəd partlamış 9N235 bombacıqları, həmçinin 300 ədəd partlamamış M85 bombacıqları aşkar edilmişdir.
Nəzərə çatdırmaq istərdik ki, qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında konvensiyaya” (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinifinə daxil edilmişdir.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib