"AZSIĞORTA" şirkəti Ermənistan tərəfindən ölkəmizə yönəldilmiş hərbi təcavüzün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, torpaqlarımızın azadlığı uğrunda döyüşən şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olub.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, Azərbaycanın əsas sığorta şirkətlərindən biri kimi tanınan "AZSIĞORTA" Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb. Şirkət, işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyduğunu və qətiyyətlə dəstək olmağa hazır olduğunu bildirib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib