Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Ağdam rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutmaqda davam edir.
"İki sahil" "Report"a istinadən xəbəer verir ki, düşmən yenə də dinc sakinləri hədəf almaq məqsədilə kəndləri atəşə tutur. Ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Ağdam rayonunun ərazisindəki mağazalardan birinin qarşısına düşüb.
Ağdam sakininə məxsus mağaza, onun yaxınlığında olan kafe, çayxana və ət dükanına ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib