Azərbaycanın işğal altında olan torpaqlarında 2016-cı ilin aprelindəki dördgünlük müharibə zamanı mükafatlandırılan daha bir erməni hərbçi məhv edildi.
"İki sahil" BAKU.WS-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi məhv edilən daha 21 hərbçinin adını açıqlayıb. Onların arasında Rudik Arkadyeviç Malxasyan adlı şəxs də var. O, müddətdən artıq hərbi xidmət qulluqçusu olub.
Məlumata görə, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan separatçı rejimin rəhbəri olan Bako Saakyanla birlikdə 4 il öncə hərbi hissəyə səfəri zamanı R.Malxasyanı mükafatlandırmışdı.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib