“Ermənistanın kriminal rejimi müharibə aparmağın bütün qaydalarını pozaraq yeni çox təhlükəli addımlar atıb”.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə artileriya hücumuna məruz qalır: “Bir sıra ictimai obyektlər dağıdılıb. Bu, çox təhlükəli addımdır. Bu gün də düşmən tərəfdindən yenə də bu addımlar atılır. Bizim məlumatımıza görə, bu gün Gəncəyə raketlər atılması nəticəsində 3 nəfər xəsarət alıb. Mingəçevir Su Statsiyası da raket hücumuna məruz qalıb. Ordumuz tərəfindən həmin raketlər göydə vurulub”.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib