Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi işğal altında olan torpaqlarımızın azadlığı, dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Nnazirlikdən “İki sahil”ə daxil olan məlumata görə, Energetika Nazirliyi və nazirliyin tabelyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin əməkdaşları əmək haqlarından Silahlı Qüvvələrə Yardım Fonduna 312206,13 manat pul vəsaiti köçürüb.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib