Qan vermək məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına vətəndaşlar tərəfindən xeyli sayda müraciətlər daxil olur.
Müdafiə Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, bununla əlaqədar bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.
Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin edilir və hərbi tibb müəssisələrində bütün qan qruplarından ehtiyatlar mövcuddur.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib