Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev AZƏRTAC-a bildirib ki, Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur.
Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır. Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən olunmuş qayda-qanuna ciddi riayət etsin.
Bir qədər təmkinli olaq, səbir nümayiş etdirək, Qələbə bizimlədir – Qarabağ Azərbaycandır!
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib