Təqdim edilən radiostansiya danışıqlarını dinlədikdə onun saxta olduğu və hazırda gedən döyüş əməliyyatlarına heç bir aidiyyəti olmadığı asanlıqla sezilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
O deyib: “Ermənistan tərəfinin yaydığı və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya danışıqlarının olduğu iddia edilən səs yazısını bir neçə dəfə diqqətlə dinlədim. Gülüş doğurucudur. Açıq-aydın görünür ki, quraşdırmadır. Praktikada “radio məşq” deyilən anlayış mövcuddur. Lakin onların hazırladıqlarının sadəcə bir adı var : saxtakarlıq. Səs yazısı Ermənistan xüsusi xidmət orqanlarının tələm-tələsik və qeyri-peşəkar hazırladığı növbəti uydurmadır. Səs yazısını dinlədikdə onun hazırda gedən döyüş əməliyyatlarına heç bir aidiyyəti olmadığı asanlıqla və aşkar hiss olunur”.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib