Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən silah-sursatını, döyüş texnikalarını ataraq və döyüş mövqelərini tərk edərək qaçır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərbçilərimizin uğurlu əməliyyatı nəticəsində düşmənin daha bir neçə hərbi texnikası - 4 ədəd “KAMAZ” və 1 ədəd “QAZ” markalı avtomobillər qənimət kimi ələ keçirilib. Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus geyimlər, müxtəlif ləvazımatlar, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. Hərbi texnikalarım hamısı işlək vəziyyətdədir.
Qeyd edək ki, daha əvvəl də Ermənistan ordusunun bir neçə hərbi maşını qənimət olaraq ələ keçirilmişdi.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib