Ermənistan mülki əhalimizə qarşı cinayətlər törətməklə yanaşı, işğal etdiyi ərazilərdə Azərbaycanın sərvətlərini talamaqla məşğuldur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev oktyabrın 3-də keçirilən brifinqdə məlumat verib.
Kamran Əliyev diqqətə çatdırıb ki, Ermənistanın 1994-cü ildən bu günədək ölkəmizə qarşı təcavüzü davam edir. İşğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyətlə məşğul olduğu üçün 12 nəfər axtarışa verilib.
“Bundan başqa, Ermənistan kəşfiyyat-diversiya qrupunun rəhbəri Qurqen Alaverdyan barəsində cinayət işinin istintaqı davam edir. O, iki nəfərlə birlikdə Azərbaycan ərazisinə daxil olaraq strateji baxımdan əhəmiyyətli yerləri öyrənib geri qayıtmaq istəyib. Bu fakt sübut edir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində birbaşa Ermənistan silahlı birləşmələrinin, Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları xidmət edirlər”, - deyə Kamran Əliyev bildirib.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib