Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərini artilleriya atəşinə tutması nəticəsində mülki vətəndaşlara və inzibati obyektlərə dəymiş ziyanın ilkin sayı məlum olub.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, rayon üzrə 11 məktəbə, 3 uşaq bağçasına, 200-dən çox yaşayış evlərinə, rayon məhkəməsinə, bir çox mülki obyektlərə və daha bir neçə inzibati binaya ziyan dəyib.
Bundan başqa, ermənilərin atdığı top mərmiləri nəticəsində bir neçə kafe və restoran dağılıb.
Qeyd edək ki, dünən - oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Hazırda döyüşlər davam edir.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib