“Ya ermənilər komandanlığı idarə və nəzarət strukturlarını heç olmasa müdafiə etməyi öyrənməli, ya da bu işin başını buraxmalıdırlar”.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke “Twitter”də yazıb.
Azərbaycan Müdafiə Nazirliyinin yeni görüntülərini paylaşan jurnalist qeyd edib: “Türkiyə və İsraildən olan Azərbaycan dronları heç bir müqavimət görmədən zərbələr endirirlər”.
Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Y.Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur.
Xatırladaq ki, bu Yulian Röpkenin Azərbaycan Ordusuna məxsus pilotsuz uçan aparatlarla (PUA) bağlı ilk paylaşımı deyil. Bu ilin iyul döyüşləri zamanı o, Azərbaycana aid PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarmışdı.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib