Azərbaycan ordusunun Ermənistanın işğalçı silahlı dəstələrinin təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu uğurla davam edir. Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri xalqda böyük ruh yüksəkliyi yaradır.
Universitetdən “İki sahil”ə verilən məlumata görə, Azərbaycan ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən müəssisə və təşkilatlar indiki məqamda orduya hərtərəfli dəstəyi mənəvi borc hesab edir, bu istiqmətdə əllərindən gələni əsirgəmirlər.
Azərbaycan Dillər Universitetinin kollektivi Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədi ilə könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 52340 manat vəsait köçürüb.
Qələbə bizimlədir!
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib