"Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir".
“İki sahil” APA-ya istinadla xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O, qeyd edib ki, əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.
Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.
"Birliyin Gücü - 2026" birgə hərbi təlimində kiberəməliyyat fəaliyyətləri yerinə yetirilib
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib